Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya bildirilib ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komandadan 60 idmançı medallar uğrunda mübarizə aparıb. Görüşlər 3 yaş kateqoriyasında 13 çəki dərəcəsi üzrə keçirilib.
Qaliblər Olimpiya sisteminə əsasən müəyyən olunub. 2004-2005-ci il təvəllüdlülər arasında Fərid Məhərrəmov, Şəmsəddin Əliyev, 2006-2007-ci il təvəllüdlülər arasında Nadir Əliyev, Nəsimi Hüseynov, Məhəmməd Novruzov, 2008-2009-cu il təvəllüdlülər arasında Məhəmməd Həsənov, Oğuz Məmmədli, İsa Yaqubov, Fariz Bağırlı, Məhəmmədəli Əsgərov, Uğur Əliyev, İsmayıl Hüseynzadə və Ravil Alməmmədov birinci olublar. 2008-2009-cu il təvəllüdlü qızların yarışında isə İnci Allahverdiyeva qızıl medal qazanıb.
Komanda hesabında “Turan” Döyüş Klubu birinci, “Naxçıvan” və “Naxçıvan-2” komandaları müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.