Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.
Diaspor.info UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün keçirilən püşkatmanın nəticəsində yığma C Liqasının III qrupuna düşüb.
Siyasət Əsgərovun kollektivi Monteneqro, Kipr və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 20-26 sentyabr tarixlərində keçiriləcək.
126