Az qala hər gün “Araz Naxçıvan”dan transfer xəbərləri gəlirdi. Prosesin belə gedişatı futbol ictimaiyyətində gülüş doğururdu. Əksəriyyət hesab edirdi ki, sanki gözüyumulu edilən transferlər effekt verməyəcək və komanda autsayder olacaq. Lakin...
Bu mövsüm Azərbaycan futbolunda diqqəti ən çox cəlb edən “Araz Naxçıvan” klubudur. Muxtar Respublika təmsilçisi həm göstərdiyi oyun, həm də nəticələri ilə təəccübləndirməyi bacarır. Komanda Azərbaycan Premyer Liqasında 10 turda 17 xal toplaya bilib və 10 komanda arasında dördüncü pillədədir. Kollektiv “Səbail”lə eyni göstəricilərə malikdir və yalnız öz aralarındakı oyunda məğlubiyyətə görə geri qalır. “Ağ-qırmızılar”ı liderlər - “Zirə” və “Qarabağ”dan cəmi üç xal ayırır.
“Araz-Naxçıvan”ın nəticələrinin təəccüb doğurmasının səbəbi komandanın bu mövsümdən Premyer Liqada iştirak etməsidir. Ötən mövsüm I Divizionda (Hazırda bu yarış I Liqa adlanır - red.) çempion olan Naxçıvan klubundan bunu gözləyən ya çox az idi, ya da ümumiyyətlə yox idi. Adətən Azərbaycanda elitaya yeni yüksələn kollektivlər ilk ildə çempionatda mövqeyini qorumaq mübarizəsi aparırlar.
Gözlənilməz çıxışın memarı
“Araz-Naxçıvan”ın uğuru komandanın baş məşqçisi Azər Bağırova diqqətləri artırıb. Komandanın nəticələri bir yana, həm də baxımlı oyun sərgiləməsi məşqçi işinin qabarmasına səbəb olub.
Komandası kimi baş məşqçi də Premyer Liqada debüt mövsümünü keçirir. Düzdür, gənc olmasına baxmayaraq, onun məşqçi kimi kifayət qədər təcrübəsi var. Lakin heç vaxt bu səviyyədə çalışmayıb.
Bağırov futbolçu kimi elə də uğurlu karyeraya sahibi deyil. O, “Qarabağ”ın əvəzedici komandasında çempionluq əldə etdikdən sonra “Xəzər Universiteti”, “Neftçi”, “Salyan”, “Masallı”, “ABN Bərdə”, “Qəbələ”, “Ədliyyə” klublarında çıxış edib. Məşqçiliyə isə 2010-cu ildə başlayıb. O, əvvəlcə “Neftçi”də seleksiyaçı məşqçi kimi çalışıb. Daha sonra iki il U-16 millisində Nikolay Adamın köməkçisi olub. Ardınca “Qəbələ”dən təklif alan mütəxəssis klubun 16 yaşlılardan ibarət komandasında çalışıb. Pro kateqoriyalı məşqçi sonradan “qırmızı-qaralar”ı Luis Araqonla birlikdə səkkiz Premyer Liqa oyununa çıxarıb. Ardınca yenidən uşaq futboluna qayıdan A.Bağırov “Qəbələ”nin U-12 komandasında işləyib.potensialının yüksək olduğu siqnalını verib. Məhdud imkanlarla qurulan düzgün işin nəticəsində əldə edilənlər baş məşqçi kimi onun gələcəyinin parlaq olduğunu deməyə imkan verir. Uzun illər sonra Azərbaycanda idman prinsipinin gözlənməsi, aşağı liqadan elitaya komandanın yüksəlməsi ölkə futboluna Azər Bağırovun timsalında yeni bir sima qazandırıb. Davamlı olsun!
Faiq Tahirov
Kaspi.az