Türkiyənin “Qalatasaray” komandası tanınmış qapıçını transfer edəcək.
Diaspor.info-nun xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən braziliyalı qolkiper Edersonla razılıq əldə edib.
31 yaşlı əlcək sahibi “cim-bom”un 7 milyonluq maaş təklifinə “hə” deyib.
Əvvəlcə “Mançester Siti”nin transfer üçün “Qalatasaray”dan 15 milyon avro istədiyi, danışıqlardan sonra bu rəqəmin 9 milyon avroya endirildiyi bildirilib.
Qeyd edək ki, Türkiyə nəhəngi daha əvvəl “Napoli”dən Viktor Osimhenlə razılığa gəlib.
456