• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda üzgüçülüyün inkişafı üçün Əməkdaşlıq Memorandumu imzalanıb

22-09-2025, 18:00 | Baxılıb: 470
“Azərbaycanda üzgüçülüyün inkişafı üçün Əməkdaşlıq Memorandumu imzalanıb

Avropa Su İdmanı Federasiyası (EA), Azərbaycan Üzgüçülük Federasiyası (ASF), Azərbaycan Tibb Universiteti (AMU) və Azərbaycan İdman Akademiyası (ASA) arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

Diaspor.info xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandığını söyləyib.

Yenidən Bakıda olmaqdan məmnunluğunu dilə gətirən Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva isə akademiya ilə əməkdaşlığın federasiya üçün əhəmiyyətli addım olduğunu söyləyib.

ASF-nin prezidenti Zaur Əliyev bu Memorandumun üzgüçülüyün inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiya ilə birgə layihələr həyata keçirəcəklərini bildirib. O, milli komandanın beynəlxalq yarışlara hazırlığı üçün akademiyada hər bir şəraitin yaradılacağını deyib.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli vurğulayıb ki, bu əməkdaşlıq çərçivəsində təhsil, elmi-tədqiqat, idman tibbi və peşəkar üzgüçülüyün inkişafı istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Rəsmi çıxışlardan sonra Memorandum imzalanıb. Sonra Antonio Silvaya Azərbaycan Üzgüçülük Federasiyasının forması hədiyyə edilib.

Xatırladaq ki, bu ilin aprel ayında EA prezidenti Antonio Silva və birinci vitse-prezidenti Yosip Varvodiç Bakıya səfər ediblər. Onlar Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşərək əməkdaşlığın möhkəmləndirilməsi, üzgüçülüyün bütün növləri üzrə kütləviliyin artırılması və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər.скачать dle 10.6фильмы бесплатно


470

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.