Bakıda 7 min manatlıq geyim əşyaları oğurlanıb
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus saxlanc yerindən 7000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Səfərli və Q.Eyvazov saxlanılıblar. Daxili İşlər Nazirliyindən Diaspor.info-ya verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində S.Əlizadənin velosipedini oğurlamaları da müəyyən edilib.
Müəllif: Nigar Məmmədova
339