Bakıda qardaşlar mağazanı qarət etdi
Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin qardaşı ilə birgə mağazadan pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən DİASPOR.İNFO-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı R.Dadaşzadə ilə birgə rayon ərazisindəki mağazaların birindən 1150 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə R.Dadaşzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.
377