• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Balakən şairi Mövlud Nikbin

27-09-2023, 10:38 | Baxılıb: 490
“Balakən şairi Mövlud Nikbin


Ana
Böyüdüb ərsəyə yetirdin məni
Doğrudur böyükdür zəhmətin ana !
Özümə bilmişəm qibləgah səni
Gözümdə ucadır hörmətin, ana!

Öyrətdin əlini halal əməyə
Ona vurğun olub,onu sevməyə
Hər vaxt şirin-şirin deyib gülməyə
Çoxdur sənin sözün söhbətin, ana !

Xəstə günlərimdə qeydimə qalan
Həmişə güldürüb könlünü alan
Yadıma düşəndə o şirin laylan
İtməz sənin qədrin, qiymətin, ana !

Demə ki, qocayam hələ yaşa, dur
Xoş ömür sürdükcə min bir büsad qur
Nikbinəm, yalnız bircə arzum budur
Heç vaxt əyilməsin qamətin, ana !

Dünya
Gəl-gəl səndən xəbər alım
Bir dərdi beş alan dünya !
Köksünə dağlar çəkilib
Gözü yaşla dolan, dünya !

Saysız oda qalanıbsan ,
Çox qanlara yalanıbsan
Neçə yollar talanıbsan
Yoxdu könlün alan dünya !

Bilirəm dərd qəmin çoxdur
Sinən tamam dolu oxdur
Nikbin deyər niyə yoxdur
Bir qeydinə qalan dünya ?!

Tapılmaz
Sevgilim, gördüyün bu çılğın şair
Göydə qərar tutub yerdə tapılmaz !
Namusun bilməyən, arın bilməyən,
Xeyirdə görünməz, şərdə tapılmaz !

Namərdin gözünə olaram bıçaq,
Şair el yolunda şam tək yanacaq,
Həyatda görmüşəm hər zaman alçaq,
Alçağa səs verər, mərdə tapılmaz !

Hər gülü çiçəyi bitirmə vaxtsız,
Əlini meyvəyə yetirmə vaxtsız,
İtirmə Nikbini, itirmə vaxtsız,
O, elə şairdir, bir də tapılmaz !

Beləcəsinə
( _Təcnis_ )
Deyirəm gözəlim, inan sözümə
Görmədim belə ləblər, belə sinə
Məhəbbət yolunda məni sınama
Hər dərdə tab gətirər, belə sinə

Sənsiz ey yar, sinəm min yara bağlar,
Naşı təbib neçə min yara bağlar ,
Nadan insan ömrün min yara bağlar,
Məhəbbət heç nədir bax beləsinə !

İqbalımdan yenə gəldi qara yaz
Bürüdü sinəmi tamam qar, ayaz,
Şair Nikbin öz bəxtinə qara yaz
O heç də ömrün keçir beləsinə !скачать dle 10.6фильмы бесплатно


490

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.