• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Qütb Xarəzmi. Xosrov və Şirin” kitabı işıq üzü görüb

15-03-2024, 22:00 | Baxılıb: 1 435
““Qütb Xarəzmi. Xosrov və Şirin” kitabı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin tərtib etdiyi “Qütb Xarəzmi. Xosrov və Şirin” adlı yeni kitab nəşr olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitab Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, əsər filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin elmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun rəyi əsasında AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapdan çıxıb.

Kitab professor Əbülfəz Quliyevin yazdığı “Nizami Gəncəvi “Xosrov və Şirin”inin türkcəyə ilk tərcüməsi (XIV əsr)” adlı ön sözlə başlayır. Burada Qızıl Orda dövləti zamanında elmə və ədəbiyyata göstərilən qayğıdan, Nizaminin təsiri altında “Xosrov və Şirin” mövzusuna toxunan şairlərdən danışılır. Qədim türk ədəbiyyatında nəzərə çarpan hərfi və sərbəst tərcümə növləri, sərbəst tərcümənin orta əsrlər dövründə olduqca yüksək qiymətləndirilməsindən bəhs olunur.

Alim Nizami və Xarəzminin “Xosrov və Şirin”lərində oxşar və fərqli cəhətləri diqqətə çatdırır, dəyişiklik və əlavələrdən bəzilərini şərh edir.

Vurğulanır ki, dahi Nizamidən ilhamlanan şair özünəxas əlavələr etməklə tərcüməyə yaradıcı yanaşmışdır. 1341-1342-ci illərdə tərcümə olunan məsnəvi qıpçaq-oğuz abidəsi kimi hər iki türk dil qrupunun xüsusiyyətlərini özündə əks etdirir.Daha sonra əsərin mətni transkripsiyada oxuculara təqdim olunub. Kitabın sonuna əsərdə işlənən arxaik sözlərdən ibarət lüğət əlavə edilib.

Qeyd edək ki, əsərin yalnız bir əlyazma nüsxəsi zəmanəmizə qədər gəlib çatıb. Bu əlyazma Polşa və Türkiyədə nəşr olunmuş, lakin həmin nəşrlərdə əlyazmanın transriksiyasında bəzi qüsurlara yol verilmişdir. Yenicə çapdan çıxmış Azərbaycan nəşrində həmin nöqsanların aradan qaldırılmasına səy göstərilmişdir.

Əsər türk dilləri və ədəbiyyatı tarixinin öyrənilməsində çox mühüm qaynaq olmaqla bərabər, həm də Azərbaycan dili və ədəbiyyatı, eləcə də nizamişünaslıq üçün dəyərlidir.

Kitab filoloq alim, müəllim, tələbələr, eləcə də mövzu ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно


1 435

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.