• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu ilin 7 ayıda Azərbaycana 34 mindən çox Çin vətəndaşı gəlib

28-08-2025, 09:00 | Baxılıb: 1 133
“Bu ilin 7 ayıda Azərbaycana 34 mindən çox Çin vətəndaşı gəlib

Bu ilin 7 ayı ərzində 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56 faiz artım deməkdir.
Diaspor.info xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “China Ready” proqramının təqdimatında deyib.

“2024-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93 faiz artaraq 44 min 800 olub. Bu gün biz ölkəmizə gələn çinli turistlərin daha rahat qonaqlamasını təmin etmək üçün hazırlıq səviyyəsinin artırılmasına istiqamətlənmiş “China Ready” konsepsiyasını təqdim edirik. “China Ready” proqramı beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və çinli turistlərin qəbulu üçün vacib tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılan proqram bu gün də Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr və təşkilatlar üçün nümunəvi model olaraq qalmaqdadır. Biz də öz növbəmizdə ölkəmizdə turizm sənayesi nümayəndələrinin çinli ziyarətçilər üçün tam hazırlıqlı olması məqsədilə proqramın tətbiqinə dəstək veririk”, - deyə Fuad Nağıyev bildirib.

F.Nağıyev qeyd edib ki, layihə çərçivəsində hotellər, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək.

“Əminəm ki, bu layihə mövcud və gələcək əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli turizm əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə öz töhfəsini verəcək.

Bir daha qeyd edim ki, Çin bizim üçün əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir”, - deyə Fuad Nağıyev yekunlaşdırıb.скачать dle 10.6фильмы бесплатно


1 133

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.