• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vətəndaş məmnunluğunun təmini üçün "ASAN xidmət” və DOST kimi brendlər yaradılıb - DEPUTAT ŞƏRH ETDİ

28-01-2022, 13:30 | Baxılıb: 47
“Vətəndaş məmnunluğunun təmini üçün

"Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı və onun rifahı dayanıb. Ötən illər ərzində sosial xidmətlərin daha innovativ və əlçatan olması, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün silsilə tədbirlər keçirilir". Bu sözləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsidir: "Bu siyasətin nəticəsidir ki, xidmət sektorunda qabaqcıl innovasiyalar tətbiq olunur. "ASAN xidmət” və DOST kimi brendlərin yaradılması bu mənada inqilabi yenilik oldu. Beləliklə, bu sahədə uzun illər mövcud olan neqativ hallar, çatışmalıqlar aradan qaldırıldı. Vətəndaşlara xidmət sektorunda xüsusilə "ASAN xidmət"in və DOST mərkəzlərinin fəaliyyətini qeyd etmək vacibdir. 2007-ci ildə elektron hökumətin əsasının qoyulmasından sonra bu sahədə əldə etdiyimiz uğurlar bu prosesi sürətləndirdi. "ASAN xidmət” mərkəzlərinin yaradılması xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədə uğurlu təcrübə oldu. Vətəndaş müraciətlərinin operativ, vaxt itkisinə yol vermədən, keyfiyyətli kommunikasiya qurmaqla cavablandırılması təbii ki, bu mərkəzləri vətəndaşların alternativisiz seçiminə çevirdi. Keyfiyyətli xidmət buraya gələnlərin sayının durmadan artması ilə nəticələndi. Aparılan sorğular əhalinin "ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən məmnunluğunun 99,5 faiz olduğunu göstərir”.

S.Mikayılova əlavə edib ki, "ASAN xidmət” Azərbaycan brendi olaraq dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub, hazırda dünyada uğurlu, sınanılmış Azərbaycan təcrübəsi kimi tanınır, ona böyük maraq göstərilir: "Müxtəlif ölkələr bu sistemin öyrənilməsi və tətbiqi üçün Azərbaycanla əməkdaşlıq edir. "ASAN xidmət” sahələrində əldə edilən uğurlu təcrübə öz növbəsində DOST agentliyinin yaradılmasına yol açdı. DOST mərkəzləri əsasən sosial xidmətlərlə əhatə olunaraq, sosial sahədə vətəndaşların müraciətlərinin yüksək səviyyədə yerinə yetirilməsinə imkan yaradır. Sosial xidmətlər sahəsində aparılan islahatlar, DOST mərkəzlərində xidmətlərin elektronlaşdırılması və bir mərkəzdən təqdim edilməsi, həmçinin xidmətlərə əlçatanlığının asanlaşması vətəndaşların ürəyincə olmaqla bərabər, şəffaflığı təmin edir.

Bu gün artıq beş DOST mərkəzi fəaliyyət göstərir. 2021-ci ildə bu mərkəzlərdə 410 min 575, ümumilikdə ötən dövrdə isə 651 min 155 vətəndaşa xidmət göstərilib. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir".

Deputat vurğulayıb ki, "ASAN xidmət” və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu olan milli brendlərimizdir: "Gələcəkdə elektron hökümət modelinin inkişaf etdirilməsi digər sahələrdə də daha innovativ həllərin tapılmasına gətirib cıxaracaq. Sosial xidmətlərin intensiv elektronlaşması artıq sosial sifarişdir və müasir çağırışlara uyğunlaşmaq üçün lazımı intellektual potensiala malikik".

Arzu Qurbanzadəскачать dle 10.6фильмы бесплатно


47

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.