Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Tala kənd sakini Şabanov Ramiz Rəcəb oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kəndinə yollandıq.
Və şəhidin doğmalarıyla, o cümlədən anası Əminəxatın xanım ilə görüşüb, xeyli söhbətləşdik:
Şabanov Ramiz Rəcəb oğlu 1975-ci il mayın 17-də Zaqatala rayonu Aşağı Tala kəndində anadan olub. Kənddəki 3 saylı orta məktəbi bitirdikdən sonra bir müddət Səməd Vurğun adına kolxozda çalışıb. Ramiz 18.05.1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hacıqabulda hərbi təlim keçib. Beyləqan və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 28.12.1993-cü ildə Füzuli rayonu Bəhmənli kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Zaqatala rayonu Aşağı Tala kəndində dəfn olunub.
Ramizin oxuduğu həmin orta məktəb onun adını daşıyır.
Üç övladım vardı, bir qız iki oğlan. Ramiz nənəsinə çox bağlı idi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Ramiz Şabanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.