Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Çobankol kənd sakini Məmmədov Əkbər Qurbanəli oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Çobankol kəndinə yollandıq. Şəhidin doğmalarıyla, həyat yoldaşı Yazgül xanımla görüşüb, xeyli söhbətləşdik:
Məmmədov Əkbər Qurbanəli oğlu 1967-ci il 1967-ci il mart ayının 7-də Zaqatala rayonunun Çobankol kəndində anadan olub. 1974-cü ildə Çobankol kənd orta məktəbinə gedib. 1984-cü ildə məktəbi bitirib. Peşə məktəbini də, bitirib. 1985-87 ci illərdə sovet ordusunda, Başqırdıstanda xidmət edib. 1988-ci ildə ailə qurub. Ailə quran vaxtı, Zaqatala Telekommunikasiya qovşağında rabitə mantyoru işləyib. 1992-ci il aprelin 11-də könüllü olaraq, döyüşə gedib.
Həmin dövrdə Xalq hərəkatının iştirakçısı olub. Döyüşdən əvvəl də, bir neçə dəfə Qarabağa silah-sursat belə aparıblar. 1992-ci il may ayının 8-də şəhid olma xəbəri gəldi. Ancaq sonra məlum oldu ki, itkin düşüb, bu gün də, onun qəbiri yoxdur. Ailədə 8 uşaq olublar 5 oğlan 3 qız. Şəhid evin sonbeşiyi olub. Qardaşı Fikrət rəhmətlik , onu çox axtarıb. Hətta bir gürcü vətəndaşını da, pulla tutmuşduq ki, axtarsın. Axtardılar tapmadılar, iki oğlu olub, biri avtoqəzada rəhmətə gedib.
Nəvəmin adı Əkbərdi, mən həyat yoldaşımı yaxşı tanıyırdım o heç vaxt əsir düşməzdi. Belə ki, Xocalı soyqırımından sonra televiziyada bir əsiri göstərirdilər. Onun qulağı kəsilmişdi, Əkbər həmişə ona əsəbləşirdi ki, niyə özünü öldürmüyüb, əsir düşürsən?
Ailədə hamını aldadıb ki, Gürcüstana alverə gedirəm. Ancaq özü isə avtovağzalda bir məktub yazıb, qoyub ki, qardaşım mən gedirəm Qarabağa, mənə görə narahat olmayın. Bizdən bir nəfər getmişdi Şuşaya, ona deyib ki, ayın 11-də evə gələcəyəm.
Şəhid olduqdan sonra bizə gələn bir çox döyüş yoldaşları deyir ki, qeyri-bərabər döyüşlər idi. Bu zaman ona dedik ki, gəl geri çəkilək. Biz azıq o, da dedi ki, mən getmirəm.
Bir dəfə evə, qardaşına zəng edib. O ,da, onunla zarafat edib ki, Yazgül həyat yoldaşın uşaqları yaman döyür, həm də, sənə görə. O, da deyib ki, döyməz anam qoymaz. Döyüşə gedən vaxtı uşaqlarının birinin 2,5 yaş, digərinin 1 yaşı olub. Çox istiqanlı idi. Döyüşə gedən vaxt uşaqlarla vidalaşmaq üçün onları yuxudan oyatdı və onlarla xeyli oynadı. Ata-anasına da, bağlı idi, çox hörmət bəsləyirdi.
Atası Qurbanəli və anası Qaragöz ana da, artıq rəhmətə gediblər.
Mənim böyük bir arzum var, həyat yoldaşımın şəhid olduğu o torpaqlardan gətirmək və öləndə qəbrimin üstünə atmaq. Onunla belə qovuşmaq istəyirəm. Ümid edirəm ki, adını qoyduğumuz nəvəm başda olmaqla, bütün övladlarımız şəhidimizin yarımçıq qalan arzularını yerinə yetirəcək və onun adını həmişə uca tutacaqlar.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Əkbər Məmmədovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.