• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD ZEYNAL MAHMUDOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

27-05-2022, 08:30 | Baxılıb: 120
“ŞƏHİD ZEYNAL MAHMUDOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayon Muxax kənd sakini Mahmudov Zeynal Momin oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayon Muxax kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla görüşüb, xeyli söhbətləşdik:


ŞƏHİD ZEYNAL MAHMUDOVUN RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.


Mahmudov Zeynal Momin oğlu 3 fevral 1968-i ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1975-ci ildə Muxax kənd orta məktəbin birinci sinifinə daxil olmuşdur. 1983-cü ildə Muxax kənd 2 saylı orta məktəbini bitirmişdir. 1986-cı ildə Sovet Ordusuna hərbi xidmətə çağırılmışdır. Rusiyanın Krasnoyarsk şəhərində 2 il hərbi xidmət etdikdən sonra tərxis olunmuşdur. 1993-cü il iyul ayının 12-də Qarabağ müharibəsində iştirak etmək üçün səfərbərliklə çağırış vərəqəsi almışdır. Həmin gün də, cəbhəyə yollanmışdır. Bir müddət Goranboy rayonunda təlim keçmiş, sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Füzuli rayonuna göndərilmişdir. Füzuli cəbhəsində vuruşmuş, ağır və çətin döyüşlərin iştirakçısı olmuşdur.
1994-cü ilin mart ayında Füzuli ətrafında gedən qeyri-bərabər döyüşlərin birində yaralanmış, yaralı vəziyyətdə əsir götürülmüş və onu Xankəndi şəhərinə aparıblar. Ermənilərə xidmət etməkdən imtina etmiş, təhqir və işgəncələrə dözməmiş qaçmağa cəhd edərkən ermənilər tərəfindən güllələnmişdir. Aldığı güllə yarasından 15 avqust 1994-cü il tarixdə Xankəndi şəhərində əsir yoldaşlarının qucağında can vermişdir.
10 fevral 1997-ci il tarixdə Beynəlxalq Qızıl Xaç komitəsinin verdiyi arayışla ölümü təstiq olunmuşdur.
Harada basdırıldığı məlum deyil.
Adı əbədiləşdirilmişdir, Muxax kənd kitabxanası şəhid Mahmudov Zeynalın adını daşıyır.
Şəhidimiz haqqında qardaşı Zülfüqarla da, söhbətləşdik: biz ailədə 7 uşaq, 2 qız 5 oğlan olmuşuq. Valideynlərim artıq rəhmətə gedib. Qardaşım kolxoz işində yaxşı işləyən olub. Zeynal düşmənə asanlıqla can verən oğul olmayıb, o, dumanlı havada əsir düşüb. Onun qorxmazlığı, sözünə bütöv olması, mərdliyi döyüşlərdə də, özünü göstərib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Zeynal Mahmudovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


120

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rus politoloq: Qarabağ erməniləri üçün onların arzuladığı muxtariyyət ola bilməz - MÜSAHİBƏ
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb

Rus politoloq: Qarabağ erməniləri üçün onların arzuladığı muxtariyyət ola bilməz - MÜSAHİBƏ

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.