BALAKƏNDƏ KƏND TƏSƏRRÜFATI SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLANLARA DÖVLƏT QAYĞISI YÜKSƏK SƏVİYYƏDƏDİR.
Diaspor.info saytının Şimal-qərb bölgəsinin verdiyi məlumata görə Balakəndə fermerlərə diqqət və qayğı Dövlət səviyyəsindədir.
Müxbirimiz sahibkar Füzuli Varansovla görüşən zaman buna bir daha şahid olmuşdur.
Füzuli müəllim hazırda qarğıdalı əkini ilə məşğuldur.
Rayonda öz çəkisi və xüsusi hörmətə malik olan Füzuli müəllim Balakəndə sahibkarlıq fəaliyyəti üçün bütün şəraitin olduğunu və buna Dövlət səviyyəsində diqqət ayrıldığını bildirib: Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bütün sahələrə, o cümlədən kənd təsərrüfatı sahəsinə də xüsusi diqqət ayırır.
Biz də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün şəraitin olduğunu hiss etdiyimiz üçün bütün gücümüzlə çalışırıq.
Çalışırıq ki, rayonda məhsuldarlıq daha yüksək olsun.
Inşaallah hazırda əkdiyimiz qarğıdalı bol məhsul verər.
Diaspor.info
Balakən bürosu.