• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

18-05-2024, 11:00 | Baxılıb: 266
“Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Türkiyənin Qafqaz Universiteti yanında Strateji Araşdırmalar Mərkəzi Qarsda “Cənubi Qafqazın geosiyasəti və Zəngəzur dəhlizi” mövzusunda müzakirələr təşkil edib.
Diaspor info AZƏRTAC-a istinadən xəbər verir ki, müzakirələrdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, alimlər, ekspertlər, ali məktəb tələbələri iştirak ediblər.

Qafqaz Universitetinin rektoru Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə diqqət çəkib. Bu dəhlizin açılması Türkiyənin dost və qardaş ölkələrlə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

“Yeni dəhliz bütün türk dünyası üçün mühümdür. Bu marşrut nəqliyyat xərclərini azaldacaq, beynəlxalq və regional ticarət üçün güclü stimula çevriləcək, xalqlar arasında tarixi və mədəni əlaqələri möhkəmləndirəcək”, - deyə Türkiyənin şərqinin ən aparıcı ali məktəblərindən birinin rektoru şərh edib.

Azərbaycanın Qarsdakı diplomatik missiyasının rəhbəri Nuru Quliyev də tədbir iştirakçılarına Zəngəzur dəhlizinin rolundan söhbət açıb.

“Dəhlizin açılması ilə İstanbuldan yüklər qısa müddət ərzində Qarsa və İğdıra, daha sonra Azərbaycana tədarük ediləcək. Həm avtomobil, həm də dəmir yolu nəqliyyatı vasitəsilə fasiləsiz yük daşımaları üçün imkan yaranacaq”, - deyə azərbaycanlı diplomat bildirib.

O vurğulayıb ki, Zəngəzur dəhlizinin bir hissəsi Ermənistanın yerləşdiyi əzəli Qərbi Azərbaycan torpaqlarından keçir.

Qafqaz regionunda gedən proseslərə ayrı-ayrı dövlətlərin, o cümlədən Rusiya və İranın təsiri məsələləri üzrə fikir mübadiləsi də aparılıb.

Yeni nəqliyyat marşrutunun region üçün sosial-iqtisadi əhəmiyyəti müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


266

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.