Balakən rayonu Meşəşambul kəndində də, barama istehsalı diqqət mərkəzindədir.
Diaspor.info-nun Şimal-qərb bürosunun verdiyi məlumata görə neçə gündür ki, Balakən rayonunda Barama istehsalı ilə məşğul olmaq istəyən vətəndaşlara barama qurdu paylanılır.
Nəzərinizə çatdırmaq istəyirik ki, Barama qurdunun Balakən rayonu üzrə nəzərdə tutulan miqdarının təxminən 70% paylanıb.
Kənd camaatının bu sahəhə xüsusi diqqət yetirdiyinin şahidi olduq.
Qısa müddət ərzində əziyyət çəkib normal vəsait əldə etmək hər bir kəndlinin arzusudur.
Meşəşambul kəndində olarkən kənd bələdiyyəsi və icra nümayəndəsinin də, təbliğati, maarifləndirici söhbətlər apardıqlarının şahidi olduq. Bunun nəticəsidir ki, bu il Meşəşambul kəndində bu sahəyə daha çox diqqət yetirilir. Belə vətəndaşlardan biri də, Gəncəyeva Pitimat xanım idi. Onun evində olarkən söhbətimiz zamanı məlum oldu ki, 160 qr qurd götürüb və halından da, məmnundur. Pitimat xanım kəndlilərin məşğuliyyətini nəzərə aldıqlarına görə Dövlət başçısı İlham Əliyev başda olmaqla yerdə Balakən RİH-nin başçısı İslam Rzayevə də təşəkkürünü bildirdi.
Bu günkü pandemiya, xəstəliyin tüğyan etdiyi zamanda baramaçılıq, özünü məşğulluq üçün də çox yaxşı vasitədir.
"Nəzərə alsaq ki hazırda karantin dövrüdür və pandemiya hələ ki, hökm sürür. Odur ki hazırda öz həyətində ailəliklə baramaçılıqla məşğul olmaq çox gəlirli və xeyirlidir."
Balakən rayonu icra hakimiyyətinin başçısı İslam Rzayev də baramaçılığın inkişafı üçün Dövlət dəstəyini hər bir kəndliyə hiss etdirir.
Diqqətimizi çəkən məqamlardan biri odur ki kəndlilər çox böyük həvəslə qurda baxmaq istəyirlər və baxırlar.
Əvvəlki illərdə maarifləndirmə işləri bir o qədər kəndlilərə aşılanmamışdır.
Hazırda isə baramaçılığın gəlirli sahə olduğunu hər bir kəndli anlayır və bu sahəyə daha ürəklə yanaşırlar.
Diaspor.info
Balakən