Balakəndə Gən Sahibkar Abdulqədir Omarovdan Təqdirəlayiq Addım.
Diaspor.info saytının Şimal-Qərb bölgəsinin verdiyi məlumata görə Balakən rayonunda yaşayan və iaşə obyekti işlədən gənc sahibkardan təqdirəlayiq bir addım atılıb. Belə ki, yenicə biznes fəaliyyətinə başlamasına baxmayaraq, vətənpərvərlik hissinin maddiyyatdan qat-qat üstün olduğunu öz əməli ilə sübut etmişdir.
Çoxlarına örnək olan bu gənc sahibkar bir çox ayaqüstü yeməklər hazırlayaraq, onun satışı ilə məşğuldur. Dönər kabablardan başlamış müxtəlif növ ffast food və s. maraqlı yeməklər hazırlayan Vətənpərvər Balakənli obyektinin qarşısında bir lövhəyə yazıb ki, Şəhid Ailəsinə Xidmət Pulsuzdur.
Bəli, bu balaca yeməkxanasına sığmayan Böyük Ürəkli gənc sahibkara yalnız çox sağol düşür. Çoxlarında bu qeyrət yoxdur. Məsələn, Şadlıq evləri, böyük restoranlarda belə lövhələrə rast gəlmək mümkün deyildir.
Biznesmenlərin çoxu pulu özündən də, çox istəyir.
Gənc Sahibkarımız, Balakənin qeyrətli oğlu Abdulqədir isə deyir ki, onların pulunu valideynləri Vətən yolunda Şəhidlik zirvəsinə qalxan zaman ödəyim, həm də, həmişəlik.
Belə gənc sahibkarlarla fəxr etməyə dəyər.
Diaspor.info
Balakən
2 558