Fevralın 4-də Bakının "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Aparılan müzakirələr, səslənən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını bir daha göstərdi. Bu dəfəki toplantı qonaqların sayına və geniş əhatəliliyinə görə də fərqləndi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası davamlı olaraq neçə ildir ki, Azərbaycanda keçirilir və tədbirə nüfuzlu xarici şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri qatılır. Bu toplantıda Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın həqiqətən də dünya birliyi üçün hansı iqtisadi güc mənbəyi olmasının nümayiş etdirir. Bu cür qlobal əhəmiyyətli böyük bir toplantının keçirilməsi və Avropa İttifaqı ölkələrinin nüfuzlu liderlərinin ölkəmizin enerji təşəbbüskarlığını dəstəkləməsi və yürüdülən yeni enerji siyasətini yüksək qiymətləndirmələri Azərbaycanın Avropa regionun üçün olduqca əhəmiyyətli və strateji enerji müttəfiqi olduğunu təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev toplantıda bəyan etdiyi kimi Azərbaycan enerji siyasətində bir ildən artıqdır ki, tamamilə yeni bir mərhələ başlamışdır. Azərbaycan hər zaman enerji amilinə yalnız dost və etibarlı tərəfdaşlıq faktoru kimi yanaşıb. “Bəzi ölkələr qaz amilindən siyasi məqsədlər üçün istifadə etsə də, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətləri yaxın tərəfdaşlıq və birgə qarşılıqlı hörmət prinsiplərinə əsaslanıb deyə bilərik. Hazırda Avropa bazarlarında enerjinin çoxşaxəliliyi və yeni resursların ixracı aktual mövzuya çevrilib, bu proseslər Azərbaycanın da rolunun artması üçün əlavə fürsətlər yaradır. Bu baxımdan, Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha fəal rol alır və Cənub Qaz Dəhlizinin ixrac potensialının artırılması gündəmdədir. Və son olaraq bildirmək istəyirik ki, Ölkə Rəhbərinin "Xalqın Dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir". Bu dəstək nəticəsində biz hamımız bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq və atacağıqda” fikriləri Azərbaycan xalqını bir yumruq ətrafında birləşməyə sövq edir.
Orxan Ağayev, – Masallı rayon Ərkivan qəsəbəsi, gənc könüllü