İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) növbəti - Dördüncü Ümumi Konfransı İranda keçiriləcək.
Diaspor info-xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında İƏT PA-nın Baş katibi Tahir Hüsseyn deyib.
O bildirib ki, növbəti Ümumi Konfrans 2023-cü ildə baş tutacaq.
Tahir Hüsseyn qeyd edib ki, İran parlamentinin sədri İƏT PA-nın vitse-prezidenti seçilib.
199