Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin ixrac həcmi bu ilin ilk 5 ayında əvvəlki ilin müvafiq dövrünə müqayisədə 20,4 faiz artaraq 102 milyard 504 milyon dollar olub. Diaspor info-bu barədə Türkiyə saytlarına istinad edir.
Sözügedən dövrdə 125 ölkəyə 577 milyon 86 min dollar dəyərində gəmi və yaxta ixrac edilib. Türkiyənin ümumi ixracatında gəmi və yaxta ixracının payı 0,6% olub. Sektorun ixrac reallaşdırdığı ölkələr arasında Norveç ilk sırada iştirak edir. İlin birinci rübündə Norveçə 215 milyon 362 min dollar dəyərində gəmi və yaxta ixrac edilib. Bu ölkəni 37 milyon 331 min dollarla Pakistan, 29 milyon 114 min dollarla Marşal Adaları, 27 milyon 119 min dollarla Küveyt və 24 milyon 704 min dollarla İrlandiya izləyib.