Rusiyanın "UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib.
Diaspor info-ya bu barədə Dağıstan hava limanına istinadən xəbər verir. Məlumata görə, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsü ilə ləğv edilib.
Qeyd edək ki, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.
213