"Taxıl məsələsində Türkiyənin barışdırıcı mövqeyi həlledici rol oynadı". Bunu Diaspor info-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Eldəniz Əmirov qeyd edib ki, Türkiyə dünya ərzaq böhranının təsirlərinin azaldılmasına Rusiya və Qərb arasında bağlantı yaratmağı bacardı: "Artıq regional deyil, qlobal gücə çevrildi. Avropanın enerji təhlükəsizliyinin həyata keçirilməsində Azərbaycan qazına ehtiyac var. Lakin bu vəziyyət Avropanı Azərbaycandan asılı vəziyyətə salmır. Avropanın 500 milyard kubmetr illik qaz ehtiyacı var. Bu ehtiyacın 40-42 faizi Rusiya tərəfindən ödənilirdi. Azərbaycan isə 10 milyard kubmetr “TAP” vasitəsilə Avropaya qaz ixrac edir. Statistika göstərir ki, Azərbaycanın Avropaya nəql etdiyi qaz ilə Avropa qaz ehtiyacının 2 faizi ödənir. Amma perspektivdə “TAP” üzərindən həcmlərin artırılması və 20 milyard kubmetrə qədər çatdırılması potensialı var".
İqtisadçı sözlərinə əlavə edərək bildirib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması təqdirdə, dəhliz üzərindən perspektivdə orta Asiya ehtiyatlarının Avropaya çatdırılması və eyni zamanda da gələcəkdə “TAP 2” layihəsi hazırlanarsa, daha artıq həcmdə qazın ixracı mümkündür: "Bu mənada düşünürəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu getdikcə artırır. Hazırda Rusiya qazından asılılığın azaldılması üçün Əlcazair, Qətər, Azərbaycan və digər ölkələrdən, o cümlədən, İrana qarşı sanksiyalar götürülərsə, İran qazının da ixracı nəticəsində Avropanın Rusiyadan asılılığı azalacaq. Digər bir istiqamət ABŞ da sıxlaşdırılmış Rusiya qazından asılılığı azaltmağa imkan verəcəkdir. Söhbət regional gücə çevrilməkdən gedirsə, Azərbaycan son illərdə sərgilədiyi davranışları ilə öz nüfuzunu beynəlxalq aləmdə tanıtdı. Eyni zamanda, rəqib ölkələri üstəliyib. Amma Azərbaycan və Türkiyənin davranışları bunu deməyə əsas verir ki, bunlar dünyada ən etibarlı tərəfdaş olaraq özlərini təsdiqetmə bacarıqları var. Rusiya və Amerika kimi bir sıra ölkələr müəyyən manevrlər edərək götürdükləri öhdəliklərdən boyun qaçırır və ya müəyyən manipulyativ səbəbləri yerinə yetirmirlər. Türkiyə və Azərbaycan Prezidentlərinin qeyd etdiyi kimi, “sözümüz imzamızdır” ifadəsinə uyğun olaraq götürdüyümüz öhdəlikləri və təsdiq etdiyi mövqeyi sona qədər qoruyuruq. Azərbaycan xarici siyasətində hər zaman ədalətli mövqe sərgiləyib. Türkiyə regional deyil, qlobal güc olmaqda iddialıdır. Türkiyə prezidentinin də "dünya 5-dən böyükdür" ifadəsi məhz buna hesablanmışdır. Yəni BMT-də olan əsas beş ölkədən böyükdür. Hər iki ölkənin öz hədəfləri və uzunmüddətli strategiyası var. Sözünün həqiqi mənasında, qardaş kimi davranışları etibarlılığı və verdikləri sözü tutması hər iki ölkənin gələcəyi üçün böyük perspektiv vəd edir".
Müəllif: Qönçə Quliyeva
182