Diaspor.info AZƏRTAC-a istinadən xəbər verir ki, AQSİA "Oğuz Eli" - Turizm və Sağlam Qida" layihəsinin işçi heyəti Aqrar İnnovasiya festivalında.
Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya festivalı keçirilib. Festivalda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) "Oğuz Eli" - Turizm və Sağlam Qida" layihəsinin işçi heyəti də iştirak edib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, iştirakçılar layihə çərçivəsində istehsal etdikləri orqanik kənd təsərrüfatı məhsullarını və məşhur Oğuz dovğasını nümayiş etdiriblər.
Həmçinin qeyd edək ki, AQSİA üzvləri yay mövsümü boyunca Bakıda və regionlarda keçirilən bütün tədbir və sərgilərdə aktiv iştirak edirlər.
183