“Ölkəmizdəki yol infrasturukturu gün keçdikcə daha da inkişaf etdirilir. Demək olar ki, bütün bölgələrimizdə, hətta ən ucqar kəndlərə, rayonlara belə yolların çəkilişi ilə bağlı dövlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir". Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, növbəti dəfə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb: "Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687,0 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da məlumdur ki, Azərbaycan yaxın gələcəkdə dünya üçün çox mühüm nəqliyyat vasitəsinə çevriləcək. Zəngəzur dəhlizinin açılışından sonra bu intensivlik daha da artacaq. Bu daxili turizmin inkişaf etdirilməsi ilə bağlı yolların çəkilişi çox əlverişlidir. Bu Azərbaycana həm qlobal mənada böyük iqtisadi şərait yaradır, həm də vətəndaşların rahatlığı və daxili turim üçün şərait yaradır. Bu isə dövlət büdcəsinə turizm sektorundan gələn gəlirlərin artırılması deməkdir. Tranzit imkanlarımızın bərpa olunması isə dövlətimizə valyuta şəklində gələn gəlirlərin artması deməkdir”.
Müəllif: Abutel İlhamqızı
167