Yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Diaspor info-ya bildirilib ki, Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 10 milyard 901,4 milyon ABŞ dolları, Yunanıstana 659,7 milyon dollar, Xorvatiyaya isə 490,7 milyon dollar təşkil edib.
176