Azərbaycan bu il Rusiyaya ərzaq və qeyri-ərzaq malları ixrac edən ölkələr beşliyinə daxildir.
Diaspor info AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Rusiya Pərakəndə Satış Şirkətləri Assosiasiyasının apardığı sorğunun nəticələrindən məlum olub.
Cari ildə Rusiyaya mal ixrac edən ölkələrin coğrafiyası dəyişib. Ərzaq və qeyri-ərzaq mallarının satış şəbəkələri arasında aparılmış sorğunun nəticələrinə görə, ixracatçı ölkələrin ilk beşliyinə Çin, Özbəkistan, Türkiyə, Azərbaycan və Cənubi Koreya daxil olub.
Assosiasiyanın məlumatına görə, Rusiya xaricdən, əsasən, meyvə-tərəvəz, alkoqollu içkilər, geyim, kosmetika və gündəlik tələbat malları idxal edir.
203