• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İtaliya portalı: Aİ Rusiyadan idxalı Azərbaycan nefti ilə əvəz etməyə çalışır

23-02-2023, 11:30 | Baxılıb: 286
“İtaliya portalı: Aİ Rusiyadan idxalı Azərbaycan nefti ilə əvəz etməyə çalışır

İtaliyanın “Scenari Economici” portalı Avropa İttifaqının (Aİ) Rusiyadan idxalı Azərbaycan xam nefti ilə əvəz etməyə çalışdığını, ölkəmizin probleminin həllində Avropaya kömək etməkdə maraqlı olduğunu yazıb.

Diaspor.info xəbər verir ki, yazıda Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər fonunda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərində (BTC) və onun obyektlərində yoxlama aparıldığını, nəqletmənin 6 günlük fasilədən sonra bərpa olunduğu bildirilib. Fevralın 12-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan terminalında əməliyyatların bərpa olunduğu və ertəsi gün Azərbaycan xam neftini daşıyan ilk tanker yola düşdüyü qeyd edilib. Vurğulanıb ki, zəlzələlər nəticəsində BTC boru kəməri zədələnməyib, lakin Ceyhan terminalının idarəetmə otağına ziyan dəyməsi xam neftin növbədə duran tankerlərə yüklənməsinə mane olub və “qara qızıl” anbarlara vurulub.

Bildirilib ki, Rusiyan-Ukrayna müharibəsindən sonra Azərbaycan neftinin daha iki boru kəməri vasitəsilə Qara dənizə ixracı ərazidə işləyən tankerlərin təhlükəsizliyi ilə əlaqədar dayandırılıb və BTC boru kəməri rəsmi Bakının yeganə ixrac marşrutu olaraq qalıb. Ceyhan terminalından neft ixracının yenidən başlaması xəbəri və fevralın 15-də Azərbaycanın Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar Avropa İttifaqının Rusiyadan idxalı Azərbaycan xam nefti ilə əvəz etməyə nə dərəcədə çalışdığını göstərdi. Belə ki, Azərbaycan dekabrın 5-dən Aİ-nin bir sıra sanksiyalarına məruz qalan Rusiyadan xam neftin əvəzlənməsi probleminin həllində Avropaya kömək etməkdə maraqlı görünür. Sanksiyalara tankerlə daşınan Rusiya xam neftinin idxalına tam qadağa və boru kəməri ilə nəql olunan xam neftin barelinin 60 dollarlıq qiymət həddi (“Brent”in hazırkı qiymətindən 26 dollar aşağı) daxildir.

Gömrük Komitəsinin məlumatına görə, yanvar ayında Azərbaycanın ixrac etdiyi 2 milyon 246 min ton xam neftin 67 faizi Avropa İttifaqının səkkiz ölkəsinə göndərilib. Heç bir müqayisəli məlumat açıqlanmasa da, bu göstəricinin sanksiyaların tətbiqindən əvvəlki aylarda Aİ üzvlərinə ixracdan əhəmiyyətli dərəcədə yüksək olduğu güman edilir.

Ümumilikdə Avropa yanvarda 1,5 milyon tondan çox Azərbaycan xam nefti idxal edib. İtaliyaya ən çox - 849 min ton neft idxal edib ki, bu da bir ay ərzində Azərbaycanın ümumi ixracının 37,8 faizini təşkil edir. Ötən ay Azərbaycan xam neftinin Avropadakı digər əsas idxalçıları 146 min tonla Almaniya, Çexiya, İrlandiya, Rumıniya, Avstriya, Yunanıstan və İspaniya olub. Yanvarda rəsmi Bakının neft ixracının qalan 33 faizi Rusiya xam neftinə qarşı sanksiyalar tətbiq etməyən və müntəzəm olaraq Azərbaycandan neft idxal edən İsrail, Hindistan, Vyetnam və Türkiyənin payına düşüb.скачать dle 10.6фильмы бесплатно


286

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.