• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT-nin Statistika Komissiyasının sessiyasında ölkəmiz də təmsil olunur

4-03-2023, 15:00 | Baxılıb: 291
“BMT-nin Statistika Komissiyasının sessiyasında ölkəmiz də təmsil olunur

Nyu-Yorkda BMT-nin Statistika Komissiyasının 54-cü sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir.

Dövlət Statistika Komitəsindən (DSK) Diaspor.info -ya bildirilib ki, tədbirlərdə Azərbaycan DSK sədrinin müavini Yusif Yusifov iştirak edib.

Sessiyanın müzakirəsinə 19 sənəd çıxarılıb, 9 məlumat xarakterli məsələyə baxılıb. Dörd gün davam edən sessiyada 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliklə müəyyən olunmuş göstəricilər və həmin göstəricilər üzrə məlumatların toplanması, sosial-iqtisadi və demoqrafik statistika, ev təsərrüfatları üzrə sorğular, milli hesablar, sahibkarlıq, ticarət, maliyyə və qiymət statistikası, elm, texnika və innovasiya, ətraf mühit statistikası, regional səviyyədə statistikanın inkişafı, ekoloji-iqtisadi hesablar, rəsmi statistikanın əsas prinsipləri, beynəlxalq statistik təsnifatlar, statistik potensialın gücləndirilməsi, rəsmi statistikada keyfiyyətin təmin olunması sistemi, irihəcmli məlumatlar, qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər, cinayətkarlıq və hüquqpozmalarla bağlı statistika, rəsmi statistika ilə geoməkan məlumatlarının inteqrasiyası, Statistika Komissiyasının iş metodları və bir sıra digər mövzular üzrə müvafiq ekspert və işçi qrupları tərəfindən hazırlanmış məruzələrə dair qərarlar qəbul edilib. Eyni zamanda beynəlxalq müqayisələr proqramı, məlumatların yayılması və mübadiləsi üzrə vahid standartlar, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası məqsədilə görülmüş işlər üzrə hazırlanmış məlumat xarakterli məruzələr təqdim olunub. Rəsmi statistika üzrə Yüksək Səviyyəli Forumda isə Ümumi Daxili Məhsula dair aktual məsələlərə baxılıb.скачать dle 10.6фильмы бесплатно


291

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.