• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərkosmos “Agro Dairy” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

18-05-2023, 17:00 | Baxılıb: 31
“Azərkosmos “Agro Dairy” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Mayın 18-də Azərkosmos və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıblar.
Diaspor.info xəbər verir ki, müqavilə “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb.

Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.

Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.

Peyk təsvirləri əsasında şumlanmış ərazilərin monitorinqi, deqradasiyaya uğramış torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, məhsuldarlığın proqnozlaşdırılması, əkin sahələrində yayılmış xəstəliklərin inkişaf dinamikasının və bitkilərin vegetasiya dövrünün davamlı olaraq monitorinqi aparılacaq. Kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər üzrə operativ məlumatın təmin olunması məqsədilə sözügedən peyk xidmətləri rəqəmsal platforma üzərindən təqdim olunacaq.

Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə əkin ərazilərinin effektiv planlaşdırılmasında peyk təsvirləri əvəzsiz rol oynayır. “Agro Dairy” şirkəti ilə əməkdaşlığımız sayəsində peyk təsvirlərinin istifadəsi ilə sahəvi iş həcmi dəfələrlə azalmış olacaq, ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın daha dəqiq proqnozlaşdırılması və optimallaşdırılmasına töhfə verəcəyik.

“Agro Dairy ölkəmizdə kənd təsərrüfatı sektorunun ehtiyaclarına uyğun olaraq müasir texnologiyaların istifadəsini daim diqqətdə saxlayır. Əminəm ki, Azərkosmosun peyk xidmətləri ilə ölkəmizin “ağıllı kənd” təsərrüfatının inkişafında innovativ həllər yaratmış olacağıq”, – deyə şirkətin icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib.скачать dle 10.6фильмы бесплатно


31

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.