• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda irəliləyib

8-07-2023, 09:30 | Baxılıb: 241
“Azərbaycan BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda irəliləyib

BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusuna əsasən, Azərbaycan mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) Diaspor.info-ya bildirilib ki, Azərbaycan Qazaxıstan (76,34 faiz), Belarus (72,04 faiz), Ukrayna (60,22 faiz), Özbəkistan (84,95 faiz), Moldova (62,37 faiz), Ermənistan (75,27 faiz) və digər dövlətləri qabaqlayaraq, region ölkələri arasında lider olub. Bundan əlavə, Azərbaycan bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,10 faiz), Fransa (79,57 faiz), İtaliya (84,95 faiz), Latviya (75,27 faiz), Litva (81,72 faiz), Portuqaliya (84,95 faiz) və Norveçi (84,95 faiz) də üstələyib.
Azərbaycanın “şəffaflıq” və “kənd təsərrüfatı sektorunda ticarətin asanlaşdırılması” ilə bağlı gördüyü tədbirlərin 100 faiz həyata keçirilməsinə nail olması xüsusi əhəmiyyət kəsb edir. “Kağızsız ticarət” və “İnstitusional mexanizmlər və əməkdaşlıq” kateqoriyalarında da nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu kateqoriyalar üzrə Azərbaycanın indeksi müvafiq olaraq 85,2 faizdən 88,9 faizə və 77,8 faizdən 88,9 faizə yüksəlib.
Azərbaycanın bu sorğudakı nəticələri ötən il dərc edilmiş “Azərbaycanın Transsərhəd Kağızsız Ticarətə Hazırlığının Qiymətləndirilməsi” adlı ölkə hesabatına da əsaslanır. Bu hesabat Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertlərinin birbaşa nəzarəti altında Jana Krimpenin rəhbərlik etdiyi BMT-nin ESCAP (ESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional şöbəsi) məsləhətçilər qrupu tərəfindən hazırlanıb.
Hesabat dünyanın 160-dan çox ölkəsini və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ilə bağlı 60 tədbiri, eləcə də kağızsız və ya elektron ticarət sahəsində Asiya-Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət Prosedurlarının Asanlaşdırılması üzrə Çərçivə Sazişi kimi qabaqcıl regional və qlobal təşəbbüsləri əhatə edir.Qeyd edək ki, sorğu ilə bağlı məlumatların iştirakçı qurumlarla əlaqələndirilməsi və konsolidasiyası Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun dəstəyi ilə həyata keçirilib.
BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasında (ESCAP) Azərbaycan üzrə Milli əlaqələndiriciləri Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov və İİTKM-in icraçı direktoru Vüsal Qasımlıdır. Onlar milli səviyyədə koordinasiya, informasiya mübadiləsi və birgə planlaşdırmanı həyata keçirirlər.
ESCAP-ın Azərbaycan üzrə məsləhətçilər qrupunun rəhbəri Jana Krimpe dövlət və özəl qurumların birgə səyləri nəticəsində əldə olunmuş uğuru əhəmiyyətli hesab edir. O bildirib ki, Azərbaycan rəqəmsallaşma və effektiv idarəetmə metodları vasitəsilə ticarət prosedurlarının genişləndirilməsi və asanlaşdırılması kimi müasir çağırışlara sadiqliyini nümayiş etdirir: “Azərbaycanın qabaqcıl tərəqqisi dünya miqyasında davamlı və səmərəli ticarət təcrübələri üçün motivasiya mənbəyi rolunu oynayır və mən əminəm ki, hesabatda qeyd olunan tövsiyələri nəzərə alaraq, birlikdə növbəti Qlobal Sorğuda ən yüksək nəticələrə nail ola biləcəyik”.
Aparılan islahatlar nəticəsində Azərbaycan son 8 ildə mühüm nailiyyətlər əldə edib. Belə ki, ölkənin ticarət prosedurlarının asanlaşdırılması üzrə ümumi balı 47,31 faizdən 87,10 faizə yüksəlib ki, bu da əvvəlki ildəki 84,95 faizlik göstərici ilə müqayisədə 2,15 faizlik artım deməkdir.скачать dle 10.6фильмы бесплатно


241

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.