• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

25-08-2023, 16:00 | Baxılıb: 315
“Azərbaycanda 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edib.
Diaspor info xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.Məlumata görə, qurum Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” və “Azərsu” ASC-lər, “Bakı Metropoliteni” və “Azərbaycan Hava Yolları” QSC-lərin tabeliyindəki müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğu) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirir. Bu zaman məcburi metroloji və texniki tələblərə uyğun olmayan, o cümlədən yoxlamadan keçirilməmiş və tipi təsdiq olunmamış ölçmə vasitələrinin istifadə olunması halları aşkarlanıb. Nöqsanların aradan qaldırılması məqsədilə Dövlət Xidməti sözügedən qurumlara müraciət ünvanlayıb.
“Azərişıq”, “Azərsu” və “Azərbaycan Hava Yolları” çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə əsasən tədbirlər görüb və nəticələri barədə Dövlət Xidmətinə məlumat verib. Digər qurumlar isə nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsini davam etdirir.
Xatırladaq ki, yoxlamaya ümumilikdə 11 mindən çox ölçmə vasitəsi cəlb olunub. O cümlədən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516, “Azərişığ”ın tabeliyində olan 2 müəssisədə 12, “Azərsu”yun tabeliyində olan 7 müəssisədə 259, "Azərbaycan Hava Yolları"nın tabeliyində olan 5 müəssisədə 165, "Azərbaycan Dəmir Yolları"nın tabeliyində olan 59 müəssisədə 3 481, “Bakı Metropoliteni”ndə isə 6 713 ölçmə vasitəsi yoxlamadan keçirilib.скачать dle 10.6фильмы бесплатно


315

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.