• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

OPEC-in neft tələbatının 2024-cü ildə gündəlik 2,2 milyon barel artacağı proqnozlaşdırılır

18-01-2024, 11:00 | Baxılıb: 291
“OPEC-in neft tələbatının 2024-cü ildə gündəlik 2,2 milyon barel artacağı proqnozlaşdırılır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcəyini (əvvəlki proqnozla üst-üstə düşür), gələn il isə bir qədər, yəni gündəlik 1,8 milyon barel artacağını və 106,21 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
Diaspor info xəbər verir ki, bu barədə OPEC-in yanvar hesabatında qeyd edilib.

Analitiklərin hesablamalarına görə, 2023-cü ildə dünyada neft istehlakı gündəlik 2,5 milyon barel artaraq 102,11 milyon barelə çatıb.

Noyabr ayı üzrə ilkin məlumatlar göstərir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 7,3 milyon barel azalaraq 2,819 milyard barel təşkil edib. Bu, 2015-2019-cu illər üzrə orta göstəricidən 122 milyon barel aşağıdır (“OPEC+” razılaşmalarının həyata keçirilməsinin effektivliyinin referent səviyyəsi). O cümlədən, neft ehtiyatları 17,5 milyon barel artaraq 1,354 milyard barelə çatıb, neft məhsulları isə əvvəlki ayla müqayisədə 10,2 milyon barel azalaraq 1,466 milyard barel təşkil edib.

OPEC 2024-cü ilin I rübü üçün tələblə bağlı proqnozunu gündəlik 270 min barel azaldıb və təşkilat bununla bağlı göstəricini 103,32 milyon barel olacağını gözləyir. Lakin II rüb üçün proqnozunu demək olar ki, eyni həcmdə artırıb (103,92 milyon barel). Təşkilatın III rüb üçün bununla bağlı proqnozu gündəlik 90 min barel artaraq 104,89 milyon barel, IV rüb üçün isə eyni həcmdə azalaraq - 105,29 milyon barel təşkil edib.

OPEC-in proqnozuna görə, bu il OECD ölkələrində neft tələbatı gündəlik cəmi 0,3 milyon barel artacaq. OECD-yə daxil olmayan ölkələrdə neftə tələbat gündəlik təxminən 2 milyon barel artacağı proqnozlaşdırılır. 2025-ci ildə OECD ölkələri istehlakının gündəlik 0,1 milyon barel artıracağı gözlənilir. OECD-yə daxil olmayan ölkələrdə əsasən Çin, Yaxın Şərq və Hindistan da daxil olmaqla digər Asiya ölkələrində gündəlik artım proqnozu 1,7 milyon barel təşkil edir.Müxtəlif neft məhsullarına tələbat baxımından OPEC 2025-ci ildə artımın hərəkətverici qüvvəsinin xüsusilə nəqliyyat yanacağı olacağını gözləyir. Qeyd edilib ki, həm ölkədaxili, həm də beynəlxalq aviadaşımaların artmasını nəzərə alaraq, kerosin istehlakı artmağa davam edəcək.скачать dle 10.6фильмы бесплатно


291

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.