• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İstehsalçı və investorların Naxçıvan və Şərqi Zəngəzura səfəri təşkil olunacaq

24-01-2024, 12:30 | Baxılıb: 272
“İstehsalçı və investorların Naxçıvan və Şərqi Zəngəzura səfəri təşkil olunacaq

"Azərbaycan Françayzinq Assosiasiyası" (AFA) İctimai Birliyi yanvarın 25-29-da 30 xarici və yerli istehsalçının, eləcə də investorun Naxçıvan Muxtar Respublikasına və Şərqi Zəngəzur iqtisadi rayonuna səfərini təşkil edəcək.

Diaspor info Assosiasiyaya istinadən xəbər verir ki, səfər çərçivəsində istehsalçı və investorlar azad iqtisadi zonalara baxış keçirəcək, istehsal müəssisələri qurmaq imkanlarını araşdıracaq və bu istiqamətdə müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparacaq.

Çinin "Energy China", Türkiyənin "İhlas Holding", "Özgün İnşaat", "Suiş Proje" kimi şirkətləri ölkəmizin investisiya imkanları, "yaşıl enerji" potensialı, inşaat layihələri, mədənçilik kimi sahələrə maraq göstərir. Səfərin əsas hədəfi ölkəyə investisiyaların cəlbi və assosiasiyanın vasitəçiliyi ilə bölgələrdə yeni istehsal müəssisələrinin qurulmasına vəsilə olmaqdır.

AFA əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Onun əsas fəaliyyət istiqamətləri sırasına ölkədə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsinə və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.скачать dle 10.6фильмы бесплатно


272

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.