• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AZAL son 20 ilin hesabatını verib

30-01-2024, 11:30 | Baxılıb: 284
“AZAL son 20 ilin hesabatını verib

Son 20 il ərzində Azərbaycanda aviadaşımalar qabaqcıl texnologiyaların və tərəqqinin simvoluna çevrilərək əhəmiyyətli dərəcədə inkişaf edib.

Diaspor info xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin mülki aviasiyası mühüm transformasiyalardan keçərək müasir, dinamik və perspektivli sənaye sahəsinə çevrilib. Belə ki, 2003-cü ildən ölkəmizdə bu sahə dövlət başçısının rəhbərliyi altında intensiv inkişafın yeni mərhələsinə qədəm qoyub.

Təyyarə parkı yenilənib, marşrut şəbəkəsi genişləndirilib

2005-2015-ci illərdə AZAL təyyarə parkına “Airbus A319”, “Boeing 767-300ER”, “Airbus A340-500”, “Embraer 190”, “Embraer 170” və “Boeing 787-8 Dreamliner” kimi yeni təyyarə modellərini daxil edib.

2023-cü ilin əvvəlində 3 ədəd yeni “Airbus A320neo” təyyarəsi ilə uçuşların həyata keçirilməsinə başlanılıb. Həmin ilin aprel ayında AZAL “Airbus” və “Boeing” şirkətləri ilə daha 20 hava gəmisinin – 12 ədəd “Airbus A320neo” və 8 ədəd “Boeing 787” təyyarələrinin tədarükünə dair müqavilələr bağlayıb. Yeni təyyarələrin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır. “GetJet Airlines” şirkəti ilə təyyarələrin lizinqinə dair yeni əməkdaşlıq nəticəsində AZAL-ın donanması 3 ədəd “Airbus A320” hava gəmisi ilə genişləndirilib.

2010-cu ildən etibarən Milli Aviasiya Akademiyasının nəzdində Pilotların Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Praktiki hazırlıq şöbəsində peşəkar mülki aviasiya pilotlarının hazırlığı üçün vacib olan uçuş simulyatorları quraşdırılıb. Beləliklə, Pilotların Hazırlığı Mərkəzində “AIRBUS A320/A319”, “Boeing 757/767”, “EMBRAER E190”, “ATR-42/72” təyyarələri, həmçinin “Mi-8AMT” helikopter pilotları təlim keçir. Uçuş simulyatorunda aviasiya elminin və texnikasının müasir yenilikləri tətbiq olunmaqla, bu sahədə ən yüksək olan və beynəlxalq təşkilatların yoxladığı D səviyyəsi təmin olunur.

Marşrut şəbəkəsinin təkmilləşdirilməsi AZAL-ın inkişafının əsas istiqamətlərindən biridir. 2003-2023-cü illər ərzində uçuş çoğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində 2023-cü ilin sonuna aviaşirkətin marşrutlarının ümumi sayı 57-yə çatdırılıb.Ümumilikdə isə Azərbaycanın əsas hava qapısı olan – Bakı aeroportu 9 milyon sərnişini qəbul etmək iqtidarındadır.

Qarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı rekord müddətdə – cəmi 8 aya tikilib istifadəyə verilib və 2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub. Uzun illərdən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülüb və onları ilk dəfə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın təyyarələri qəbul edib. Eyni zamanda ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da 2021-ci ildən etibarən tikilməkdədir.

AZANS – səmada təhlükəsizliyin təminatçısı

AZAL aparıcı aviaşirkət olmaqla yanaşı, həm də dünyada ən təhlükəsiz hava yollarından biri kimi tanınır. Onun təhlükəsizliyinin təminatçıları sırasında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) var. AZAL-ın tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.

AZANS-ın fəaliyyətinə diqqət yetirsək, 2022-ci il “CANSO Global Safety Achievement” nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin “top-5” ən etibarlı təchizatçıları siyahısında yer alıb. Bu siyahıda Azərbaycanla yanaşı, ABŞ, Argentina, Tailand, həmçinin Yeni Zelandiyanın da adı keçir. AZAL QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi Azərbaycanın hava məkanında uçuşların aeronaviqasiya xidmətinə cavabdeh orqandır.Qeyd edək ki, son vaxtlar pik aylarda ölkənin hava məkanı üzərindən tranzit uçuşlarının artımı 260% təşkil edib. “Azəraeronaviqasiya” (AZANS) bu gün Azərbaycanın hava məkanında ayda orta hesabla 15 min tranzit reysinə xidmət göstərir. Bu, bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün daha cəlbedicidir. Həm də Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə əməkdaşlığı dinamik şəkildə genişləndirir.

Mükafatlar və nailiyyətlər

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mülki aviasiyası daimi inkişafın parlaq nümunəsinə çevrilib. 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL-ı Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti olan “Skytrax” “4 ulduz” mükafatına layiq görüb. Hava limanı 2018-ci ildə eyni kateqoriyada nüfuzlu “5 ulduz” mükafatını qazanıb və 2020-ci ildə həmin reytinqi təsdiqləyib. Aviaşirkət öz reytinqini 2018 və 2020-ci illərdə təsdiqləyib.

2020-ci ildə Bakı aeroportu bulud texnologiyalarına tamamilə keçən dünyanın ilk hava limanı olub. Bir il sonra Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb. 2017-2023-cü illərdə Heydər Əliyev Beynəlxalq Aeroportu müxtəlif nominasiyalar üzrə mükafatlar alaraq Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı hava limanları reytinqinə dəfələrlə başçılıq edib. 2018-ci ildə AZAL-ı “Skytrax” “Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət” adına layiq görüb, 2022-ci ildə isə “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı regional aviaşirkəti” nominasiyasının qalibi olub. 2020-ci ildə aviaşirkət aviasiya analitik-sorğu nəşri olan “Official Airline Guide” (OAG) jurnalına görə Avropanın ən punktual aviaşirkəti kimi tanınıb. AZAL 2008-ci ildən etibarən hava nəqliyyatı sənayesində aviadaşıyıcının etibarlılığının və yüksək təhlükəsizliyinin sübutu kimi, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA) son dəfə 2023-cü il olmaqla, müvafiq dövrlərdə davamlı şəkildə uğurla keçib.

Azərbaycanın mülki aviasiyasının inkişafında və mövqelərinin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və təşəbbüsləri həlledici rol oynayıb. Qarşıdan gələn illər davamlı inkişafa yeni perspektivlər yaradır və AZAL sərnişinlərin gözləntilərini qarşılamaq üçün bütün səylərini göstərməyə davam edəcək.скачать dle 10.6фильмы бесплатно


284

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.