• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

IMF: “Azərbaycan iqtisadiyyatı ortamüddətli perspektivdə 2,3 % artacaq”

7-02-2024, 18:00 | Baxılıb: 259
“IMF: “Azərbaycan iqtisadiyyatı ortamüddətli perspektivdə 2,3 % artacaq”

Zəifləyən post-pandemiya təsirləri və neft hasilatında struktur azalmanın davam etməsi fonunda Azərbaycanın ortamüddətli perspektivdə (2024-2028-ci illərdə) iqtisadi artım tempinin 2,3 % olacağı proqnozlaşdırılır.
Diaspor info xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.

Eyni zamanda, IMF neft ÜDM-inin 5 il ərzində orta hesabla 0,5 % azalacağını, qeyri-neft ÜDM-inin 2024-cü ildə 3,6 %, 2025-2028-ci illərdə isə orta hesabla 3,5 % artacağını proqnozlaşdırır.

“Pandemiyadan sonrakı güclü bərpanın ardınca artım yavaşlayır, inflyasiya isə azalır. İndi ən birinci hədəf müvəqqəti yumşalmadan sonra büdcə konsolidasiyasını bərpa etmək və bu yaxınlarda hədəf diapazonuna qayıdan inflyasiyanın xarici risklər və daxili təzyiqlər fonunda yenidən yüksəlməməsini təmin etməkdir. Orta və uzunmüddətli perspektivdə Azərbaycanın ən böyük məqsədi karbohidrogen sektorundan asılılığı azaltmaq və özəl sektorun rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyasını təşviq etməkdir”, - IMF iqtisadçıları hesab edirlər.

Onların fikrincə, ortamüddətli perspektivdə ölkədə karbohidrogen hasilatı azalacaq: “Karbohidrogen hasilatının tədricən azalmağa davam edəcəyi proqnozlaşdırılır, çünki neft hasilatının gözlənilən struktur azalması qaz hasilatının artması hesabına yalnız qismən kompensasiya olunacaq. Bu baxımdan özəl sektor daha mühüm rol oynamalı olacaq ki, bu da, digər məsələlərlə yanaşı, hələ də çox böyük olan dövlət sektorunun problemlərinin həllini və idarəetmənin təkmilləşdirilməsini tələb edəcək. Bərpa olunan enerji sektorunun inkişafı həmçinin Azərbaycanın iqlimlə bağlı öhdəliklərini yerinə yetirməsi ilə yanaşı, diversifikasiyaya da töhfə verəcək”.

Hesabata əsasən, iqtisadiyyatın şaxələndirilməsi idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrinin rolunun məhdudlaşdırılması və iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində islahatlara səbəb olacaq.“Maliyyə şəffaflığının və məhkəmə sisteminin müstəqilliyinin təkmilləşdirilməsində irəliləyiş, habelə dövlət müəssisələrində özəl sektorun iştirakını artırmaq və onların maliyyə sağlamlığını yaxşılaşdırmaq üçün davamlı səylər biznes mühitinin yaxşılaşdırılmasına, özəl investisiyaların artırılmasına və məhsuldarlığın yüksəldilməsinə kömək edəcək. Hökumətin iqlimlə bağlı öhdəliklərini yerinə yetirmək səyləri çox təqdirəlayiqdir və əlaqədar maliyyə yükünü hesablamaq, eləcə də qalıq yanacağa subsidiyaların mərhələli şəkildə dayandırılması kimi əlavə tədbirlər vasitəsilə onu azaltmaq onlar üçün faydalı olacaq”.

IMF-nin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i nominal ifadədə 135,534 milyard manat (79,726 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 86,323 milyard manat, 2025-ci ildə 140,72 milyard manat (82,776 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 93,838 milyard manat, 2026-cı ildə 146,474 milyard manat (86,161 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 101,493 milyard manat, 2027-ci ildə 152,568 milyard manat (89,746 milyard ABŞ dolları), qeyri-neft ÜDM-i 109,247 milyard manat, 2028-ci ildə isə 159,409 milyard manat (93,77 milyard ABŞ dolları), o cümlədən qeyri-neft ÜDM-i 117,548 milyard manat təşkil edəcək.скачать dle 10.6фильмы бесплатно


259

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.