• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb

12-09-2024, 23:00 | Baxılıb: 251
“COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb

BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu iqlim həllərini təşviq etmək üçün “Fərqlilik yaradanlar” adlı yeni kampaniyaya başlanılıb.
Diaspor.info xəbər verir ki, bu barədə elanı BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai verib.

O, kampaniyanın iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətlərini işıqlandırmaq üçün olduğunu diqqətə çatdırıb.

“Fərqlilik yaradanlar” kampaniyası çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək.

Kampaniyanın məqsədi hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.

Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaq.

“Fərqlilik yaradan” nominasiyası üzrə qalib namizədlərin seçilməsi beynəlxalq tədqiqat institutları, sosial təşkilatlar və kommunikasiya platformalarının nümayəndələrindən ibarət olan Komitə tərəfindən aparılacaq.

“Fərqlilik yaradanlar”ın qiymətləndirilməsi zamanı onların innovativ yanaşmaları, yaradıcılıq məharətləri və ünsiyyət bacarıqları, eləcə də təşəbbüslərinin təsir və miqyası nəzərə alınacaq.Kampaniyanın geniş əhatəli, inklüziv və əlçatan olmasını təmin etmək üçün Linkedİn, İnstagram, TikTok və “X” sosial şəbəkələrindən istifadə olunacaqdır. Arzu edən hər kəs öz icmasında, şəhərində və ya şirkətində iqlim həlləri üzrə həyata keçirdikləri təşəbbüslərin “əvvəl və sonrakı” mərhələlərini əks etdirən fotoşəkilləri və ya videoları #COP29ImpactMakers həştəqi ilə bölüşərək layihələrini necə başladıqlarını və hazırda necə davam etdiklərini paylaşa bilər.

Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişmələri qlobal cavab tədbirlərini tələb edən problemdir: "Bu eyni zamanda, həm də gələcək nəsillər üçün ədalətli dünya yaratmaq və fəxr edə biləcəyimiz irs qoymaq baxımından unikal fürsətdir. BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu kimi bir çox insanların iqlim dəyişməsinin təsirlərinə qarşı ilhamlandırıcı hekayələrinin şahidi oluram, amma çox zaman bu hekayələr paylaşılmamış qalır. Ətraf mühitə müsbət təsir göstərən, fərqlilik yaradan bu hekayələri bütün insanlara çatdırmaq istəyirəm. Çünki belə şəxslərin fəaliyyəti hər kəsi sağlam gələcək üçün qlobal fəaliyyətə ilhamlandıracaq".

İlk “Fərqlilik yaradanlar” sentyabrın 23-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək İqlim Həftəsində kampaniyanın rəsmi başlanğıcına həsr olunmuş tədbir zamanı seçiləcək və təqdim olunacaqlar.скачать dle 10.6фильмы бесплатно


251

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.