• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan MDB-nin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

7-10-2024, 11:00 | Baxılıb: 247
“Azərbaycan MDB-nin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib.
Diaspor.info quruma istinadən xəbər verir ki, iclasda Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər.

“Ödənişin şəffaflığının artırılması və ƏDV-nin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə ƏDV-nin inzibatçılığı üzrə rəqəmsal həllərin tətbiqi” adlı tədbirdə O.Nəzərli bildirib ki, Koordinasiya Şurası vergi orqanlarının işinin səmərəli təşkili, qlobal çağırışların həllində rolunun müəyyən edilməsi və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyətin təşviqi üçün mühüm platformadır. O, Azərbaycanda beynəlxalq biznes mühitində baş verən proseslərin yaxından izlənildiyini və qabaqcıl təcrübələrin uğurla tətbiq edildiyini diqqətə çatdırıb, qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir və bunu şərtləndirən əsas səbəblərdən biri rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. O.Nəzərli vurğulayıb ki, rəqəmsal transformasiyanın fəal iştirakçısı olaraq ölkəmizin vergi sistemi bu sahədə müxtəlif layihələr həyata keçirir və təcrübə mübadiləsinə töhfələr verməyə hazırdır.Daha sonra Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin şöbə rəisi Telman Məmmədov təqdimatla çıxış edərək ölkəmizdə ƏDV-nin səmərəli tətbiqi mexanizmlərinin iş prinsipləri, həyata keçirilən müasir tənzimləmələr, ƏDV-nin geri qaytarılması layihəsi, ƏDV depozit hesabı və bu sahədə istifadə edilən stimullaşdırıcı alətlər barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələri müzakirə ediblər. Tədbir çərçivəsində 2024-2025-ci illər üçün MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının İş Planının layihəsi təsdiq olunub.скачать dle 10.6фильмы бесплатно


247

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.