• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Pre-COP29 çərçivəsində müzakirələr başlayıb

10-10-2024, 12:00 | Baxılıb: 260
“Pre-COP29 çərçivəsində müzakirələr başlayıb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) tədbirinin birinci günü başlayıb.
Diaspor.info xəbər verir ki, bu iclas, iqlim sammitindən əvvəl keçirilən tədbirdir.

Pre-COP adətən COP-dan bir ay əvvəl keçirilir və Paris İqlim Sazişinin iştirakçılarının iqlim dəyişmələrinə qarşı mübarizə üzrə əsas məsələlərdə mövqelərini dəqiqləşdirmək məqsədi daşıyır.

Bakıda keçirilən Pre-COP29 "Ambisiyaların artırılması və fəaliyyətlərin təmin edilməsi" devizi altında baş tutacaq.

Konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir çıxış edəcəklər.

Plenar müzakirə "COP29-a gedən yol" mövzusunda keçiriləcək, çıxışçılar "onlar üçün COP29-da uğurlu, balanslaşdırılmış nəticə nə deməkdir və niyə?" suallarına cavab verərək 2-3 prioriteti vurğulayacaqlar.

3 mövzu üzrə paralel tədbirlər nəzərdə tutulub - "Yeni Kollektiv Kəmiyyət Məqsədi" (NCQG), "Adaptasiya, itkilər və zərərlər" və "İqlim dəyişmələrinin təsirlərinin azaldılması".Bundan əlavə, 10 oktyabr tarixində COP-un "Trio" rəhbərliyi (BƏƏ, Azərbaycan və Braziliya) "Missiya 1.5: Beynəlxalq əməkdaşlığın gücləndirilməsi" üzrə Yol xəritəsini təqdim edəcək.

Qlobal iqlim tədbirləri üzrə şəffaflığın stimullaşdırılması barədə da müzakirələr aparılacaq.

Proqrama uyğun olaraq, 11 oktyabrda Böyük Britaniya, Vanuatu və Azərbaycanın təşkilatçılığı ilə "İqlim və İnkişaf-2024" üzrə Nazirlər Konfransı keçiriləcək.

Həmçinin "İqlim dəyişmələrinə davamlı gələcək üçün insan potensialının inkişafı" mövzusu müzakirə olunacaq.

COP28, COP29 və Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentlik (IRENA) Pre-COP29 iştirakçılarını enerji sahəsində konsensus nəticələri ilə tanış edəcəklər.

Bununla yanaşı, iqlim və sülh üzrə ümumi məsləhətləşmələr aparılacaq və Pre-COP29-un sonunda COP29-un əməliyyat şirkəti logistik brifinq təşkil edəcək.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


260

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.