• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vüqar Bayramov: Naxçıvan iqtisadiyyatının gələcək inkişafı üçün zəmin yaranır

10-01-2025, 19:00 | Baxılıb: 799
“Vüqar Bayramov: Naxçıvan iqtisadiyyatının gələcək inkişafı üçün zəmin yaranır

Mövzu ilə bağlı Diaspor.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Naxçıvan Muxtar Respublikasında aparılan struktur və eləcə də institusional islahatlar Naxçıvanın büdcəsinə daxil olmaların artmasına gətirib çıxarıb. Bu, təbii ki, qeyri neft sektoru hesabına büdcəyə daha çox vəsaitin cəlb edilməsi anlamına gəlir.

Deputat bildirib ki, 2024-cü il büdcə daxilolmalarında 2023-cü il ilə müqayisədə kəskin artımlar müşahidə olunur. Bu həm də dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə edilən transferlərin həcminin də azalmasına gətirib çıxarır. Bu da muxtar respublikanın daxili maliyə mənbələri hesabına öz xərclərini mərhələli şəkildə ödəməsi istiqamətində addımların atılması deməkdir.

V. Bayramovun sözlərinə görə, daxili maliyə mənbələrinin genişləndirilməsi, həm də bütövlükdə Naxçıvan iqtisadiyyatının inkişafını xaraktrerizə edən göstəricilərdən biridir. Burada başlıca məqsəd Naxçıvan Muxtar Respublikasının fiskal gəlirlərinin formalaşmasında daha çox yerli daxili mənbələrdən istifadə olunması, xüsusən də daha çox yerli və xarici sərmayədarların cəlb edilməsi hesabına muxtar respublika iqtisadiyyatının inkişafının dəstəklənməsindən ibarətdir.

"Zəngəzur dəhlinizin istifadəyə verilməsi ilə bağlı aparılan müzakirələr ondan xəbər verir ki, dəhlizin istifadəyə verilməsi Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq. Bu konteksdə vacib məqamlardan biri də ondan ibarətdir ki, Naxçıvan iqtisadiyyatının inkişafı üçün biz növbəti mərhələdə daha çox imkanların olduğunu müşahidə edəcəyik. Bu, muxtar respublika iqtisadiyatının daha çox inkişafı üçün zəmin yaradır",-deyə o vurğulayıb.

Anar Tağıyev

NUHÇIXANскачать dle 10.6фильмы бесплатно


799

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.