• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilər

19-02-2025, 09:30 | Baxılıb: 716
“Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilər

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.
Diaspor info-nun məlumatına görə, bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.

L.Davitaşvili bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz nəqliyyat sahəsidir və bu səbəbdən hər il görüşlər keçirilərək il ərzində görüləcək işlər müzakirə edilir. Onun sözlərinə görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi də müzakirə olunub və bu il layihənin son mərhələsinin istismara veriləcəyi planlaşdırılır. Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında bu infrastrukturun idarə edilməsi üçün yaradılmış birgə müəssisə haqqında da danışıqlar aparılıb.

İqtisadiyyat və davamlı inkişaf nazirliyində keçirilən görüşdə Gürcüstan tərəfdən nazir müavini Quram Quramişvili, “Marabda-Kartsaxi” MMC-nin rəhbəri Levan Kankava, “Gürcüstan Dəmir Yolları”nın rəhbər şəxsləri, Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə isə nazir Rəşad Nəbiyev başçılıq edib. Görüşdə həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.Tərəflər Orta Dəhlizin artan roluna xüsusi diqqət yetirib və onun rəqabət qabiliyyətinin artırılması, əlavə yüklərin cəlb olunması üçün görülən tədbirləri müzakirə ediblər. Bildirilib ki, bu proses hər iki ölkəyə əlavə dəyər yaratmaq imkanı verəcək. Görüşdə həmçinin Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin 1 may 2025-ci ildən etibarən bərpası məsələsi müzakirə olunub.

“Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır,” – deyə L.Davitaşvili vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


716

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.