• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak edəcəklər

5-03-2025, 17:00 | Baxılıb: 467
“Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak edəcəklər

Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin İğdır şəhərində səfərdədirlər.
Diaspor info xəbər verir ki, bu barədə A.Bayraktar “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə biz İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak üçün sərhəd yaxınlığındakı İğdır şəhərindəyik ”, - paylaşımda qeyd olunub.

A.Bayraktar vurğulayıb ki, səfər şəhərin valisi Erkan Turanın ofisini ziyarətlə başlayıb: “Biz bu strateji layihədə şəhərimizin rolunu, eləcə də İğdırın enerji ehtiyaclarını müzakirə etdik”.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin İğdırdan Naxçıvan Muxtar respublikasının Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək.скачать dle 10.6фильмы бесплатно


467

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.