• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Polad Rüstəmov: “İğdır-Naxçıvan qaz kəməri layihəsinin uğurla başa çatması üçün bütün resurslar səfərbər olunmuşdu”

11-03-2025, 15:00 | Baxılıb: 655
“Polad Rüstəmov: “İğdır-Naxçıvan qaz kəməri layihəsinin uğurla başa çatması üçün bütün resurslar səfərbər olunmuşdu”

Strateji vacib layihənin açılışı Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin və starteji tərəfdaşlığının növbəti mühüm uğuru kimi tarixə düşəcəkdir.
Diaspor info xəbər verir ki, bu sözləri SOCAR vitse-prezidentinin müavini Polad Rüstəmov İğdır-Naxçıvan Qaz boru kəmərinin istifadəyə verilməsinin əhəmiyyəti barədə Naxçıvan televiziyasına açıqlamasında deyib.

SOCAR rəsmisi açıqlamasında bildirib ki, təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuş və prezidentlərin iştirakı ilə rəsmi olaraq açılışı olan bu mühüm strateji layihə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirməyi və onun davamlı təbii qazla təmin olunmasını hədəfləyib. İğdırdan Naxçıvana qədər uzanan bu kəmər Azərbaycan və Türkiyə arasındakı enerji əməkdaşlığını möhkəmləndirərək bölgənin dayanıqlı enerji təminatına mühüm töhfə verəcəkdir.

Polad Rüstəmov qaz boru kəmərinin uğurla başa çatdırılması üçün bütün resursların səfərbər olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, layihənin icrası çərçivəsində kəmərin İğdırdan Dilucuna qədər olan 80 km, oradan Sədərək Qaz Tənzimləmə və Ölçmə Stansiyasına qədər olan 17,5 km xətt hissəsi, həmçinin Dilucu və Sədərək stansiyaları da daxil olmaqla bütün hissələrdə işlər uğurla həyata keçirilib. Layihənin tikintisində Beynəlxalq Layihə İdarəsinin standartlarına uyğun olaraq ən müasir texnologiyalardan istifadə edilib və yüksək təhlükəsizlik standartlarına riayət edilib. Bu kəmərin bütün bölmələrinin fəaliyyətinə real vaxt rejmində nəzarət etmək üçün SCADA monitorinq sistemi də quraşdırılıb. Layihənin vaxtında və uğurla başa çatdırılması üçün SOCAR və Türkiyədəki tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bütün resurslar səfərbər olunub. Layihənin istismara verilməsi ilə Türkiyədən Naxçıvana günlük 2 milyon, yəni illik 730 milyon kubmetr fasiləsiz qaz təchiz etmək imkanı yaranmış oldu. Bu da bölgədə iqtisadi inkişafı dəstəkləyərək dayanıqlı enerji resuslarına çıxışı tam təmin edəcəkdir.скачать dle 10.6фильмы бесплатно


655

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.