• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BP Xəzərin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır

14-03-2025, 12:00 | Baxılıb: 771
“BP Xəzərin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır

Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır.
Diaspor info xəbər verir ki, bu barədə BP-nin kəşfiyyat və hasilat şöbəsinin rəhbəri Qordon Birrell “Reuters” agentliyinə bildirib.

"Biz Azərbaycanda hasilatın pay bölgüsü haqqında mövcud sazişlər çərçivəsində “Azəri-Çıraq-Günəşli” (ACG) və “Şahdəniz” yataqlarının bundan sonra da işlənməsindən başlayaraq aşkarlanmış resurslara və kəşfiyyat imkanlarına çıxışa qədər bir sıra maraqlı imkanları həyata keçiririk. Bu, hasilata investisiya qoyuluşu həyata keçirməyimiz üçün çox aktiv sahə olaraq qalır", - Q.Birrell vurğulayıb.

Qeyd etmək lazımdır ki, BP ötən ay elan etdiyi yenilənmiş strategiyası çərçivəsində neft və qaz biznesi xərclərini artırır, aşağı karbonlu bölmələri üzrə xərcləri isə azaldır.

Xəbər verildiyi kimi, BP 2024-cü il yanvarın 20-dən AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.

Bu proqram AÇG yatağının hazırkı məhsuldar layları olan “Balaxanı” və “Fasilə” dəstlərinin tədqiqinə yönəlib ki, bu da onların arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməyə imkan verəcək.скачать dle 10.6фильмы бесплатно


771

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.