• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vüqar Bayramov: "Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracına ciddi təsir göstərməyəcək"

3-04-2025, 19:00 | Baxılıb: 637
“Vüqar Bayramov:

Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracına ciddi təsir göstərməsə də, artım tempini zəiflədə bilər.
Diaspor info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşı yeni tariflər tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb. Tariflərin təsir dairəsinə düşən ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimum 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

Son illərdə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, əsasən ABŞ-dən idxal üstünlük təşkil edir. Belə ki, 2024-cü ildə Azərbaycana ABŞ-dən 1 milyard 617 milyon dollarlıq mal idxal olunub, ölkəmizin Birləşmiş Ştatlara ixracı isə cəmi 135 milyon 30 min dollar təşkil edib. Bu da 1 milyard 482 milyon dollarlıq mənfi ticarət saldosu deməkdir”, - deyə deputat bildirib.

V. Bayramovun sözlərinə görə, 2024-cü ildə ABŞ-dən Azərbaycana idxal əvvəlki illə müqayisədə 1,8 dəfə, ABŞ-yə ixrac isə 8,4 dəfə artıb: “İxracımızın ümumi həcmi kiçik olsa da, artım tempi çox yüksəkdir. Bu, Azərbaycanın ABŞ bazarına çıxış imkanlarının genişləndiyini göstərir. Lakin yeni tariflər əsasən qeyri-neft-qaz ixrac məhsullarına təsir edəcək. 2024-cü ildə qeyri-neft-qaz məhsulları üzrə ABŞ-yə ixracımız 134 milyon 663 min dollar olub. Bunun 55 milyon 949 min dolları Azərbaycan mənşəli məhsullardır. Ümumilikdə, qeyri-neft-qaz sektoru üzrə ixracımız 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsulları üzrə ixrac isə 2 milyard 883 milyon dollar təşkil edib. Bu kontekstdə ABŞ-la qeyri-neft-qaz sahəsində ticarət əlaqələrimizin payı hələ də aşağıdır”.

Deputat əlavə edib ki, 2024-cü ildə Azərbaycan ABŞ-yə müxtəlif məhsullar ixrac edib. Bunlara 6 milyon 508 min dollarlıq polimer materiallar, 593 min dollarlıq heyvan bağırsaqları, 410 min dollarlıq tropik və digər meyvə şirələri, 279 min dollarlıq nərə balığı kürüsü, 242 min dollarlıq saflaşdırılmamış zeytun yağı, 177 min dollarlıq meyvə mürəbbələri və pastaları daxildir.

“Göründüyü kimi, Azərbaycanın ABŞ-yə qeyri-neft-qaz ixracı böyük həcm təşkil etməsə də, müxtəlif məhsul qrupları üzrə şaxələnib. Buna görə də yeni tariflər ixracımıza ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər. Tariflər əlavə xərc deməkdir və nəticədə ABŞ-yə ixracın artım tempinin azalması ehtimalı var. Lakin nəzərə almaq lazımdır ki, ixrac etdiyimiz məhsullar spesifik xarakter daşıyır və bazardakı mövqelərinə 10 %-lik tarifin təsiri minimal ola bilər. Ümumilikdə, yeni tariflər qlobal iqtisadiyyatda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”, - deyə deputat vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


637

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.