• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ADB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb

9-04-2025, 16:00 | Baxılıb: 971
“ADB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağını proqnozlaşdırır.

Bu barədə Diaspor.info-ya Banka istinadən xəbər verir.

Əvvəlki gözləntilərlə müqayisədə cari il üçün ÜDM artım tempi proqnozu 0,8 faiz bəndi yaxşılaşdırılıb.

Beləliklə, ADB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 % səviyyəsində qiymətləndirir.

Eyni zamanda, Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələrində zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlamasını gözləyir: 2024-cü ildə regionda artım 5,7 % təşkil edibsə, 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə düşəcəyi proqnozlaşdırılır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 % səviyyəsində gözlənilir, ölkənin Mərkəzi Bankı isə bunu 3,3 % qiymətləndirir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir. “S&P Global” illik 2 % səviyyəsində artım, “Fitch Ratings” 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5% artım proqnozlaşdırır, Dünya Bankı isə müvafiq olaraq 2,7 % və 2,4 % gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, lakin 2025-ci ilin yanvar-fevral aylarında artım tempi 0,2 %-dək yavaşlayıb.скачать dle 10.6фильмы бесплатно


971

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.