• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Abdullah Tancan: Naxçıvan və Qarabağda reallaşdırılan layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək

25-07-2025, 12:00 | Baxılıb: 206
“Abdullah Tancan: Naxçıvan və Qarabağda reallaşdırılan layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək

Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 50 %-i bərpa olunan enerji mənbələri hesabına ödənilir.
Diaspor.info xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Onun sözlərinə görə, bu istiqamətdə irəliləyişi davam etdirmək üçün səylər ardıcıl şəkildə həyata keçirilir: “Enerji keçidinin uğuru təkcə texnologiyadan deyil, həm də bu texnologiyalara imkan verən strateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyat işləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgə reallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsb edir”.

O qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir: “Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması təəccüblü deyil. Əminəm ki, birgə səylərimiz həm bizim, həm də Azərbaycan üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkə də ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq. Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isə qazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək”.

A.Tancan bildirib ki, bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həm nazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi və institusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyük önəm verilir: “Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalı qazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır”.скачать dle 10.6фильмы бесплатно


206

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.