• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vüqar Kərimov: Naxçıvanda keçirilən bu forum 2026-cı ildə ölkəmizdə təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini daha da artırır

25-07-2025, 13:00 | Baxılıb: 232
“Vüqar Kərimov: Naxçıvanda keçirilən bu forum 2026-cı ildə ölkəmizdə təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini daha da artırır

Naxçıvanda keçirilən forumun 2026-cı ildə ölkəmizdə təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilməsi də onun qlobal əhəmiyyətini daha da artırır. Bu, Azərbaycan Respublikasının davamlı şəhərsalma, ətraf mühitin qorunması və resursların dayanıqlı idarə olunması sahəsində beynəlxalq öhdəliklərinə sadiqliyinin daha bir bariz nümunəsidir. Bu kontekstdə, 2024-cü ilin sonunda ölkəmizin ev sahibliyi etdiyi COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da xüsusi önəm daşıyır. Bu tədbirlər Azərbaycanın qlobal ekoloji siyasətdə fəal mövqe tutduğunu bir daha nümayiş etdirir.
Diaspor.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

O qeyd edib ki, bu gün Forumun məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalı qazıntı yataqları –qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji araşdırma tarixi 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır.

Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş, ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçilik sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar vəd edir.

Eyni zamanda qeyd edilib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.

2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.

İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb.скачать dle 10.6фильмы бесплатно


232

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.