• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Tural Quliyev: “Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kVt/saata çatıb”

30-07-2025, 21:00 | Baxılıb: 226
“Tural Quliyev: “Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kVt/saata çatıb”

Son 30 ildə ilk dəfə olaraq Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kVt/saata çatıb.
Diaspor.info xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin rəisi Tural Quliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə Naxçıvan Muxtar Respublikası üzrə elektrik enerjisinə olan tələbat 121 meqavata qədər yüksəlib: “Bu vəziyyət fonunda bəzi vətəndaşların elektrik sayğaclarında ötən aylarla müqayisədə daha yüksək enerji sərfiyyatı qeydə alınıb. Bunun əsas səbəbi vətəndaşlara tətbiq olunan aylıq enerji limiti ilə bağlıdır”.

O bildirib ki, havaların isti keçməsi və kondisionerlərin, soyuducuların intensiv istifadəsi də istehlak limitlərinin aşılmasına səbəb olur: “Enerji sərfiyyatında artım süni şəkildə yaradılmır, bütün göstəricilər tam şəffaf və müasir sistemlər vasitəsilə qeydə alınır. Eyni zamanda, aid qurumlar tərəfindən enerji təchizatı sisteminin dayanıqlığı, alternativ enerji mənbələrinin genişləndirilməsi və qənaətcil yanaşma ilə bağlı mühüm işlər davam etdirilir. Təəsüflər olsun ki, bəzi şəxslər bu vəziyyəti düzgün qiymətləndirmədən, ya da məqsədli şəkildə ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Halbuki ki, muxtar respublikanın enerji təhlükəsizliyinin tam təmin olunması məqsədi ilə Naxçıvan energetikləri tərəfindən 24 saatlıq iş aparılır. Bu bizim işgüzar nüfuzumuza zərbə vurur".

Həmçinin T. Quliyev qeyd edib ki, vətəndaşlar enerji istehlakına diqqətli yanaşmalı, mümkün qədər qənaət etməli və hər ayın əvvəlində limit uyğunsuzluğu müşahidə olunarsa Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə müraciət etməlidirlər.

Xatırladaq ki, 29 dekabr 2024-cü il Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarına əsasən, aylıq istehlak həcmi 200 kVt/saata qədər olduqda 1 kVt/saat üçün 8,4 qəpik, 200-300 kVt/saat arası 1 kVt/saat üçün 10 qəpik, 300 kVt/saatdan yuxarı olduqda isə 1 kVt/saat üçün 15 qəpik müəyyənləşib.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.