• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” üzərindən verilməsinə tam keçid təmin olunacaq

18-08-2025, 12:00 | Baxılıb: 276
“Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” üzərindən verilməsinə tam keçid təmin olunacaq

Malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi üzərindən həyata keçirilməsinə başlanılıb.

Dövlət Agentliyindən Diaspor.info-ya bildirilib ki, bu məqsədlə qurum tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması üçün “Mənşə sertifikatı” altmodulu hazırlanaraq Keyfiyyət informasiya sistemində istifadəyə verilib.

Mənşə sertifikatlarının əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir.

Qeyd edək ki, “Mənşə sertifikatı” altmodulundan istifadəyə dair videoçarx Agentliyin rəsmi “Youtube” kanalında yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin “Mənşə sertifikatlarının alınması üçün müraciət” altbölməsi vasitəsilə videoçarxla tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada qəbul edilir. Yeni dəyişikliklə əlaqədar sistemə tam keçid təmin olunduqdan sonra mənşə sertifikatlarının əldə edilməsi prosesində ləngimələrin qarşısının alınması və sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə sahibkarlara qarşıdakı dövrdə mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilir.скачать dle 10.6фильмы бесплатно


276

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.